Arxiv
6 Yanvar 2020, 16:30 | MƏDƏNİYYƏT
“Oskar”a rəqib olan, kinodan çox siyasətə yer verən KİNOMÜKAFAT

Ötən gün Kaliforniya ştatının Beverli Hills şəhərində 77-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimi keçirilib. Serial və film sahəsində  Hollywood Xarici Mətbuat Dərnəyinin 1944-cü ildən bəri verdiyi bu mükafatlar kino sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Oscar və Grammy'dən sonra ən çox izlənilən üçüncü mükafat mərasimində bu dəfə maraqlı anlar yaşanıb.

 

Modern.az mükafatlandırma zamanı baş verən maraqlı nüansları təqdim edir:

“The Act” (İddia) filmindəki rolu ilə “İkinci planda ən yaxşı mini-serial aktrisası” obrazına layiq görülən  Patrisiya Arkett öz nitqində siyasi mesaj verərək  ABŞ prezidenti Donald Trampın “Tvitter” üzərindən İranı təhdid etdiyini bildirib və 2020-ci il prezident seçkilərində insanları səsvermədə diqqətli olmağa çağırıb:

 

“Gələcəkdə biz 5 yanvar 2020-ci il tarix kitablarına baxanda Qızıl Qlobus mükafatını yox, müharibənin bir addımlığında olan ABŞ-ın təsvir edildiyini görəcəyik. Bomba hədə-qorxusu gələn bir paylaşım edən prezident görəcəyik. İnsanların başlarına bomba yağıb-yağmamasından narahat olan bir kütlədən bəhs edildiyini görəcəyik. Mənim ən böyük xahişim budur: 2020-ci ildə prezident seçkilərində səs verərkən uşaqlarımızın və onların gələcəyi üçün bir addım ataq”.

“Once Upon a Time in Hollywood” (Bir dəfə Hollivudda)  filmindəki performansı ilə “İkinci planda ən yaxşı aktyor” nominasiyasına layiq görülən Bred Pitt də nitqi ilə maraq doğurub. Belə ki, onun danışığı zamanı kameralar tez-tez aktyorun eks sevgilisi Cennifer Anistonu göstərib. Bred Pitt də buna cavab olaraq zarafatla deyib ki, mükafatlandırma mərasiminə anasını da gətirəcəkmiş, lakin jurnalistlərin onu qadınla görərkən sevgilisi kimi təqdim etməsi buna mane olub. Aktyorun bu sözləri deyərkən aktrisa Cennifer Anistonun da qəhqəhə atması kameralardan qaçmayıb.

 

“Drammatik serialda ən yaxşı aktrisa” mükafatına layiq görülən Oliviya Kolman bu mükafatı aldığını eşidəndə çox təəcüblənib. Mükafat qazanmayacağını gözlədiyini deyən aktrisa içkili olduğundan danışmaqdan imtina edib. Qeyd edək ki, o bu mükafata  “The Crown” (Tac) filmindəki roluna görə layiq görülüb.

“Joker” filmindəki obrazı ilən “Ən yaxşı kişi aktyor” mükafatını alan Joaquin Phoenix-in  təşəkkür nitqi o qədər uzun çəkib ki, tədbir təşkilatçıları onun nitqini yarıdan kəsməyə məcbur olub.

 

 

Qızıl Qlobus Mükafatlarında Tom Hanks 1952-ci ildən bəri kino dünyasına əhəmiyyətli töhfələr verən insanlara paylanan Cecil B. DeMille mükafatını aldı. Hanks mükafat aldıqdan sonra təşəkkür nitqində göz yaşlarını saxlaya bilməyib.

“Ən yaxşı mini-serial qadın aktrisası” mükafatına layiq görülən Mişel Uilyams da həmkarı Patrisiya arket kimi seçki məsələsinə toxunub. O qadınları səsverməyə çağırıb və kişlərdən geridə olmadıqlarını bildirib. Onun bu nitqi zaldakı xanımlar tərəfindən şiddətli alqışla qarşılanıb. Qeyd edək ki, Mişel Uliyams mükfata “Fossi/Verdon” serialındakı roluna görə layiq görülüb.

“Komediya janrında ən yaxşı teleserial aktrisası” seçilən Fibi Uoller-Bric mərasimdə geyindiyi Ralph Russo imzalı kostyumunu hərraca çıxaracağını və yığılan pulu Avstraliyada yanğınlardan əziyyət çəkənlərə bağışlayacağını bildirib.

“Komediya janrında çəkilmiş ən yaxşı aktrisa” mükafatını alan aktrisa Akvafina bir ilkə imza atıb. Belə ki, aktrisa bu mükafatı alan ilk asiyalı olaraq tarixə düşüb. Qetyd edək ki, o bu mükafata “The Farewell” (Vida) filmindəki obrazına görə layiq görülüb.

 

Mükafatlandırma mərasiminin ümumi siyahısı isə belədir:

Ən yaxşı film(dram) – "1917”

Ən yaxşı aktyor(dram) – ("Coker”)

Ən yaxşı aktrisa(dram) – ("Cudi”)

Komediya janrında ən yaxşı film– "Bir dəfə...Hollivudda” ("Once Upon A Time In Hollywood”)

Komediya janrında çəkilmiş ən yaxşı aktyor– Teron Edjerton ("Roketmen”)

Komediya janrında çəkilmiş ən yaxşı aktrisa– Akvafina ("Vida”- "The Farewell”)

Ən yaxşı rejissor –Sem Mendes ("1917”)

Ən yaxşı ssenari –Kventin Tarantino ("Bir dəfə... Hollivudda”)

Ən yaxşı animasiya –"İtirilmiş bağlantı” ("Missing Link”)

Xarici dildə ən yaxşı film –"Parazitlər” ("Parasite”)

İkinci planda ən yaxşı aktyor –Bred Pitt ( "Bir dəfə... Hollivudda”)

İkinci planda ən yaxşı aktrisa –Lora Dern ("Nikah hekayəsi”)

Ən yaxşı mahnı -I'm Gonna Love Me Again ("Roketmen”)

Ən yaxşı film musiqisi– Hildur Qudnadottir ( "Coker”)

Ən yaxşı drammatik serial– "Vərəsələr” ("Succession”)

Dramatik serialda ən yaxşı aktrisa– Oliviya Kolman ("Tac”)

Dramatik serialda ən yaxşı aktyor– Brayan Koks ("Vərəsələr”)

Komediya janrında çəkilmiş ən yaxşı teleserial– "Zibil” ("Fleabag”)

Ən yaxşı mini-serial– "Çernobıl” ("Chernobyl”)

Komediya janrında ən yaxşı teleserial aktyoru– Rami Yussef ("Rami”)

Komediya janrında ən yaxşı teleserial aktrisası– Fibi Uoller-Bric ("Zibil”)

Ən yaxşı mini-serial aktyoru– Rassel Krou ("Ən güclü səs”)

Ən yaxşı mini-serial aktrisası– Mişel Uilyams ("Fossi/Verdon”)

İkinci planda ən yaxşı mini-serial aktyoru– Stellan Skarsqard ( "Çernobıl”)

İkinci planda ən yaxşı mini-serial aktrisası– Patrisiya Arkett ("İddia”- "The Act”)

Fəxri "Qızıl Qlobus”– Tom Henks

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumların SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06