Arxiv
11 Yanvar 2020, 11:45 | ÖLKƏ
“Telekanallara tələblər qoya bilərik” - Dövlət Komitəsi

Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. 

 

Modern.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

 

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: “Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

 

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub: “Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olunan qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.

 

E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub: “Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər. Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

 

“Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik. Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda suallar doğurur. Ortada məsuliyyətsizlik, səhlənkarlıq var”, - deyə Komitə rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, “Xəzər” TV-də efirə gedən “Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası “Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Daha sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhidin nəşi Zərdaba yola salınıb - YENİLƏNİB 24 Fevral 2020, 15:18 Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:40 İşdən çıxarılan 7 hakimin adı bəlli oldu - SİYAHI 24 Fevral 2020, 14:34 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08