Modern.az

Azərbaycan məktəblilərindən böyük uğur: İnformatikadan ilk qızıl medalı qazandıq

Azərbaycan məktəblilərindən böyük uğur: İnformatikadan ilk qızıl medalı qazandıq

Təhsil

13 Yanvar 2020, 21:09

2020-ci ilə məktəblilərimizin tarixi uğuru ilə başladıq!

Modern.az  xəbər verir ki,  8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Qeyd edək ki, informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə qazandığımız ilk qızıl medaldır.


Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell Telekom MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar