Modern.az

Daha bir baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

Daha bir baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

14 Yanvar 2020, 15:25

"Elçi.az" saytının baş redaktoru Əli Həziquliyevin deputatlığa namizədliyi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb. 

 

"Milli Məclisə təyin olunmuş 9 fevral seçkilərinə namizədliyim bu gün 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən rəsmən qeydə alindı. Namizədliyimi irəli sürən partiyamızın lideri, millət vəkili Qüdrət bəy Həsənquliyev başda olmaqla BAXCP İdarə heyətinə, namizədliyimin qeydə alıması üçün imza verən Goranboy-Naftalan sakinlərinin hər birinə, imzatoplama kampaniyasında əziyyətləri keçən hər bir insana və xüsusi olaraq namizədliyimi qeydə alan 96 saylı DSK sədri Arıf bəyə, bütün DSK üzvlərinə minnətdarlığımı bildirirəm. Yolumuz açıq olsun. Bütün namizədlərə uğurlar diləyirəm", - deyə Əli Həziquliyev bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir