Modern.az

Baş həkimə və müavininə xəbərdarlıq, iki həkimə və tibb bacısına şiddətli töhmət verildi - RƏSMİ

Baş həkimə və müavininə xəbərdarlıq, iki həkimə və tibb bacısına şiddətli töhmət verildi - RƏSMİ

Aktual

14 Yanvar 2020, 17:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumat yayıb.

 

TƏBİB-dən Modern.az-a ötən il iyulun 2-də pasiyent Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub. 

 

Qeyd olunub ki, 2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib:

 

“Qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb”.

 

Rəsmi məlumata görə, hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü