Modern.az

Həbs olunan icra başçısının oğlu işdən ÇIXARILDI

Həbs olunan icra başçısının oğlu işdən ÇIXARILDI

15 Yanvar 2020, 11:19

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

 

O, bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, Ramal Quliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışırdı.

 

Xatırladaq ki, Nizaməddin Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən Ağstafa Rayon İcra Hakimiyyətində iş otağında həbs olunub. Daha sonra dövlət başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır