Modern.az

Ukrayna MSK-nın üzvləri növbədənkənar seçkiləri izləyəcək

Ukrayna MSK-nın üzvləri növbədənkənar seçkiləri izləyəcək

15 Yanvar 2020, 19:44

Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər. 

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq:

 

“Komissiya üzvləri seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI