Arxiv
16 Yanvar 2020, 15:23 | TƏHSİL
Xoşbəxt Yusifzadə: “Məktəbə adımın verildiyini eşidəndə özümü də gülmək tutdu”

Neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə adının verilməsi ilə bağlı təəssüratını bölüşüb.

 

Modern.az xəbər verir ki, X.Yusifzadə AzTV.az-a açıqlamasında ömrünün 67 ilinin dənizlə, dolayısı ilə gəmilərlə bağlı olduğunu deyib. X.Yusifzadə bir gəminin onun adını daşımasından şad olduğunu dilə gətirib:

 

“Bu, mənim üçün çox şad xəbərdir. Məsələ ondadır ki, mən 67 ildir dənizdə işləyirəm. Deməli, mənim işim elə gəmilərlə başlanıb: gəmilərlə buruqlara getmək, gəmilərlə geo-fiziki işlər görmək... Dəniz neftində gəmilərsiz olmaq ayaqsız insan olmaq kimi bir şeydir. Dənizdə nə işlər görürük, nə müsbət nəticələr alırıqsa, hamısı gəmilərdən asılıdır. Ona görə də, necə deyərlər, gəmisiz bizim bir həyatımız olmayıb.

 

İndi öyrəndim ki, adımı bir neft tankerinə verirlər. Dənizdə elə bir gəmi olmayıb ki, mən onunla harasa getməyim. İndi sual yaranar ki, neft tankeri ilə nə etmisən, o zaman da mən deyirəm ki, hava külək olanda, böyük ləpələr olanda o biri gəmilər işləmirdi. İşləyən ancaq tankerlər idi, elə indi də elədir. Onlar 10 min ton neft aparırdı. Hər hansı bir xəbər alanda, nə isə olanda mən mütləq getməli idim. O zaman tankerlə gedirdim”.

 

Neftçi-alim adının verildiyi məktəblə bağlı da xatirələrini bölüşüb:

 

“Məktəbə adımın verildiyini eşidəndə özümü də gülmək tutdu. Çünki uşaqlıqda ağlıma da gəlməzdi ki, vaxt gələcək, bu məktəbə mənim adımı verəcəklər. O məktəbdə oxumuşam, yaxşı da işlər görmüşəm.

 

1943-cü ildə “Raykom” katibi Pirşağı məktəbinə gəldi. Bizi Komsomola keçirməyə başladı. Kim deyirdi ki, 29-cu ildənəm, onu Komsomola qəbul edirdilər. Kim deyirdi 1930-cu ildənəm, onu qəbul etmirdilər. Mən də keçirməmələrindən qorxub, yalan danışdım, dedim ki, 1929-cu ildənəm. Anam anbardar idi, Komsomol katibi onu görəndə deyib ki, oğlunu Komsomola keçirdik. Deyib, axı onun yaşı çatmır, yalan danışıb. Katib isə cavabında demişdi ki, bu yalan müharibə vaxtında, belə bir vəziyyətdə danışıldığı üçün mən onu Komsomol katibi edirəm. 13 yaşımda məktəbdə komsomol katibi oldum. Dram dərnəyi düzəltdim. Məktəbdə bu kimi işlərim çox olub. Şadam ki, bu yaşımda məktəbə mənim adımı verdilər”.

 

Məlumat üçün bildirək ki, Xoşbıxt Yusifzadə Azərbaycan Televiziyasının “Hədəf” proqramına geniş müsahibə verib. Müsahibəni bu gün - 16 yanvar tarixində 21:00-da AzTV-də izləyə bilərsiniz.

 

Xatırladaq ki, yanvarın 14-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Yanvarın 15-də isə Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45