Modern.az

Diaspor nümayəndələri seçki yarışında: VƏTƏN UZAQDA DEYİL

Diaspor nümayəndələri seçki yarışında: VƏTƏN UZAQDA DEYİL

17 Yanvar 2020, 11:43

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilər üzrə seçkiqabağı təşviqata bu gündən start verilib.

 

Gecədən etibarən qeydə alınan namizədlər - namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilən şəxslər seçkiqabağı təşviqat apara bilərlər.

 

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

 

Modern.az-ın məlumatına görə, budəfəki parlament seçkilərində iştirak etmək üçün xaricdə yaşayan azərbaycanlılar da aktivlik nümayiş etdirir.

 

Bu da onu deməyə əsas verir ki, son zamanlar diaspor sahəsində görülən işlər xaricdəki soydaşlarımızı dövlətə, dövlətçiliyə, Azərbaycana bir qədər də yaxınlaşdırır.

 

Azərbaycan-İtaliya Gənclər Assosasiyasının (AİGA) həmsədri Emin Rüstəmov və Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalova, tanınmış hüquqşünas İbrahimxəlil Balayev fevralın 9-da keçiriləcək seçkilərdə iştirak etmək üçün Azərbaycana gəliblər.

 

Hər üç namizəd DSK tərəfindən qeydiyyata alınıb.

 

Emin Rüstəmov 96 saylı Goranboy-Naftalan sekçi dairəsində yarışacaq.

 

Lalə Zeynalova 103 saylı Gədəbəy seçki dairəsində beşinci çağırış Milli Məclisin deputatı Sevinc Hüseynova ilə mübarizə aparacaq.

 

İbrahimxəlil Balayev Şəki 114 saylı birinci seçki dairəsində beşinci çağırış Milli Məclisin depuatı olmuş Əli Məsimli ilə yarışacaq.

 

Digər dairələrdən də diaspor nümayəndələrinin deputatlığa namizəd kimi qeydə alındığı barədə məlumatlar var. Məsələni tam dəqiqləşdirdikdən sonra məlumat verəcəyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir