Modern.az

MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ

MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ

17 Yanvar 2020, 14:40

Tanınmış jurnalistin namizədliyi qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.

 

Komissiyanın üzvü Ramiz İbrahimov bu barədə məlumatı səsləndirib. O qeyd edib ki, Z.Əzəmətin təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlər düzgün qeyd edilməyib.

 

Sonda məsələ səsverməyə çıxarılıb. Jurnalistin namizədliyinin qeydə alınmaması haqqında DSK-nın qərarı qüvvədə saxlanılıb.

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Zahir Əzəmətin (Rəhimov) namizədliyinin qeydə alınmamasına münasibət bildirib.

 

O söyləyib ki, MSK namizədi qeydə almaq üçün imkan axtarır:

 

“Biz imkan axtarırırq ki, namziədi qeydə alaq. Bunu təkcə sözdə demirəm”. 

 

MSK sədrinin sözlərinə görə, namizədlərə əmlaklarını qeyd etmələri barədə dəfələrlə müraciət edib:

 

“Bununla bağlı dairə seçki komissiyalarına irad bildirmək olmaz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub