Arxiv
17 Yanvar 2020, 19:26 | AKTUAL
“Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq

"Azərişıq" ASC interaktiv müsahibələrin tətbiqinə start verib.

 

Modern.az xəbər verir ki, müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kadr siyasətində gənclərə üstünlük verməsi “Azərişıq” ASC üçün də əsas istiqamətlərdən biridir:

 

"Çünki ölkə başçısının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı verdiyi tövsiyə və çağırışlar yeni kadr bankının gənclərdən təşkil olunmasına, iş fəaliyyətində yeni, sağlam təfəkkürün ön plana çıxmasına öz təsirini göstərir.

 

Bundan əlavə, ölkə başçısının bütün sahələrdə innovativ, texnoloji metodlardan istifadə ilə bağlı tapşırıqları da nəzərə alan “Azərişıq” ASC növbəti yenilik edib. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq, yeni ildən interaktiv müsahibələrin tətbiqinə start verilib Müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Belə ki, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur".

 

"Azərişıq" sözçüsü bu sistemin ilk dəfə Qərb regionu üzrə həyata keçirildiyini qeyd edib:

 

"İlk dəfə müasir teleprezent sistemi ilə Qərb regionundan canlı müsahibədə 14 namizəd iştirak edərək müxtəlif vəzifələr üzrə Tədris Mərkəzində kurs keçmələri üçün qeydiyyata alınıblar".

 

Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

 

Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə Müəllim və professor heyəti tərəfindən SC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev 20 Fevral 2020, 11:40 Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnozu təyin edə bilmir” 20 Fevral 2020, 11:38 İcbari tibbi sığorta müsbət dəyişikliklərə səbəb olacaq - Agentlik sədri 20 Fevral 2020, 11:26 Ölüm hadisəsinə görə sürücüyə cinayət işi açıldı 20 Fevral 2020, 11:20 Azərbaycan Antiqua və Barbudaya yardım etdi 20 Fevral 2020, 11:14 Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK 20 Fevral 2020, 11:08 Almaniyada 9 nəfər güllələndi   20 Fevral 2020, 11:02 Vilayət Eyvazov Məhərrəmovu rəis müavini TƏYİN ETDİ 20 Fevral 2020, 10:56 Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı 20 Fevral 2020, 10:50 Bazar günü 15738 bakalavr imtahan verəcək  20 Fevral 2020, 10:44 Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb - FOTO 20 Fevral 2020, 10:38 Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ 20 Fevral 2020, 10:32 Paytaxt polisi 36 cinayətin üstünü açdı 20 Fevral 2020, 10:27 Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO 20 Fevral 2020, 10:22 Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi 20 Fevral 2020, 10:16 Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ 20 Fevral 2020, 10:10 Binəqədidə “Dövlət və Din” görüşü 20 Fevral 2020, 10:00 Daha bir marşrut xətti vahid kart sisteminə keçir 20 Fevral 2020, 09:55 Fransa polisi Elşad Abdullayevin işini araşdırır 20 Fevral 2020, 09:50 Jurnalistin döyülməsi ilə bağlı polisdən rəsmi AÇIQLAMA 20 Fevral 2020, 09:46 Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28 Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü 20 Fevral 2020, 09:22 Gəncənin Baş planı hazırlanır 20 Fevral 2020, 09:15 “Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB 20 Fevral 2020, 09:09 Arıqlamaq üçün ən effektiv ÜSULLAR 20 Fevral 2020, 09:03 Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Çempionlar Liqası: “Tottenhem”lə “Valensiya” bacarmadılar 20 Fevral 2020, 08:22 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13