Modern.az

Sabahın hava proqnozu: yağış, qar, güclü külək...

Sabahın hava proqnozu: yağış, qar, güclü külək...

18 Yanvar 2020, 13:29

Yanvarın 19-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  6-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 768 mm  civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.   

 

Azərbaycanın rayonlarında

 

Bəzi yerlərdə  arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  6-10°  isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi