Arxiv
18 Yanvar 2020, 13:58 | AKTUAL
Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeyri-millətlərdən olan namizədlər də iştirak edəcəklər.

 

Modern.az xəbər verir ki, dairə seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınan 4 nəfər qeyri-millətlərdən olan şəxs seçkilərə qatılıb. Onlar da təbii olaraq, vətəndaşı olduqları dövlətin ali qanunverici orqanında təmsil olunmaq istəyirlər.

 

Onlardan ən məşhuru aparıcı-jurnalist Yelena Siderenkodur. O, parlament seçkilərində namizədliyini 73 saylı şəhər seçki dairəsindən irəli sürüb və qeydə alınıb.

 

Xatırladaq ki, Yelena Sidorenko 1986-cı ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Mədəniyyət və İncəsənət Gimnaziyasının bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinə daxil olub, 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib. 2011-2014-cü illər ərzində Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb.

 

Sidorenkonun ata-babası artıq bir neçə nəsil öncədən Azərbaycanda doğulub. Onlar, uzun illər öncədən Azərbaycana köçüb, burada məskunlaşıblar. Ona görə də, jurnalist milliyyətcə ukraynalı olsa da, özünü azərbaycanlı hesab edir.

 

Növbədənkənar parlament seçkilərində yəhudilərin namizədi isə həkim Anatoliy Rafailovdur. Onun namizədliyi 53 saylı dairə seçki komissiyası tərəfindən qeydə alınıb.

 

Anatoliy Rafailov 5 fevral 1953-cü ildə anadan olub. İxtisasca həkimdir və "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir.

 

Növbəti namizəd olan İya Şaşlova isə 36 saylı Xətai dördüncü seçki dairəsindən parlament seçkilərində iştirak edəcək.

 

İya Şaşlova 29 mart 1987-ci ildə Bakı şəhərində anadan olub, atası rus, anası isə gürcüdür. O, Xətai rayonunda yerləşən 56 saylı orta məktəbi bitirib, 2 saylı Baza Tibb texnikumda və Tibb Universitetində təhsil alıb. Hazırda İya xanım Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Reklam fəaliyyətinə nəzərətin təşkili şöbəsində çalışır.

 

Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də seçkilərdə iştirak edir. O milliyyətcə rusdur.

 

Zabelin 1946-cı ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Məsuliyyətli və bacarıqlı şəxs kimi özünü sübut etməsi ilə Azərbaycan KP MK-nın katibi Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilat işi şöbəsinin müfəttişi, Nizami rayon İcrayyə komitəsinin sədri vəzifələrinə qədər yüksəlib. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV və V çağırışlarda Milli Məclisə üzv seçilib.

Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub və hazırda Partiyasının İdarə Heyətinin üzvüdür.

Zabelin Azərbaycan Rus İcmasının sədri, ABŞ-ın Texas ştatının fəxri vətəndaşıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir 25 Fevral 2020, 22:53 Məhkəmələrin seçkilərlə bağlı fəaliyyəti tam başa çatmayıb 25 Fevral 2020, 22:41 Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər 25 Fevral 2020, 22:33 MSK seçkilərə yekun vurdu: sənədlər Konstitusiya Məhkəməsinə göndərilir 25 Fevral 2020, 22:19 "Gənclər Azərbaycanda seçki prosesində yüksək rol oynadı" - MSK sədri 25 Fevral 2020, 22:07 Bakıda mənzildə 35 yaşlı qadının meyiti tapıldı 25 Fevral 2020, 21:49  Moldova "Xocalıya ədalət" şüarı  altında fleş-mob keçirildi - FOTOLAR 25 Fevral 2020, 21:36 Müəllimi özünü dənizə atan qızdan yazdı: "Nə bilərdim ki..." 25 Fevral 2020, 21:22 14 türk Ankaraya aparıldı 25 Fevral 2020, 21:07 Masazır sakini güllələnərək öldürülüb 25 Fevral 2020, 20:53 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 25 Fevral 2020, 20:36 Zaqatalada itkin düşən məktəbli tapılıb - FOTO 25 Fevral 2020, 20:18 87 məntəqə seçki komissiyası buraxılıb 25 Fevral 2020, 20:01 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42