Modern.az

“Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı

“Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı

18 Yanvar 2020, 14:38

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin kollektivləri birgə tədbir keçiriblər.

 

Modern.az xəbər verir ki, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükütdan sonra 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı hazırlanan filmin nümayişi olub.

 

Daha sonra Qarabağ müharibəsi iştirakçısı olan “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, hər iki qurumun digər rəsmi şəxsləri, o cümlədən 20 yanvar faciəsində yaralanan energetiklər 30 il əvvəl baş verən hadisələrdən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının həyatında və yaddaşında dərin iz qoyan, onun sonrakı taleyinə bilavasitə təsir edın hadisələr sırasında 1990-cı ilin 20 yanvar hadisələrinin özünəməxsus yeri var. Qeyd olunub ki, 20 yanvar faciəsi çoxsaylı insan təlafatı ilə nəticələnsə də, Azərbaycan müstəqilli tarixinə qanla yazılan şərəfli tarixdir.

 

Sonda onu da nəzərinizə çatdıraq ki, 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı “Azərenerji” ASC-nin elektrik stansiyalarında, regional elektrik şəbəkələrində anım tədbirləri keçirilib. Eyni zamanda “Azərenerji” ASC-də çalışan şəhid ailələrinə birdəfəlik maddi yardım verilməsi ilə bağlı müvafiq əmr verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...