Arxiv
19 Yanvar 2020, 10:02 | ÖLKƏ
Azərbaycanda ata adı və soyadından imtina edənlər - RƏSMİ

Ədliyyə Nazirliyinə (ƏN) adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 4997 müraciət daxil olub.

 

Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, müraciətlərdən 2689-u adın, ata adının və soyadın dəyişdirilməsi, 2.308-i isə soyad sonluğunun dəyişdirilməsilə bağlıdır:

 

“Müraciətlərin hamısı nazirlik tərəfindən təmin olunub”.

 

Qeyd edilib ki, adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

 

Həmçinin bildirilib ki, 2018-ci ildə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət daxil olub:

 

“Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxsin müraciəti qəbul edilib. 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.

 

Müraciət edənlərin yaşı və cinsi ilə bağlı məsələyə gəldikdə, rəsmi məlumatda qeyd edilib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də "İnformasiya əldə etmək haqqında" Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.

 

Ata adının dəyişdirilməsi...

 

Bəs hansı hallarda ad, soyad, və ata adı dəyişdirilə bilər?

 

Bu barədə Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Mülki Məcəlləsinə, həmçinin ad, soyad, ata adının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli qərarlarına görə, ad, soyad və ata adının dəyişdirilməsini daha səmərəli tənzimləyə biləcək normalar müəyyənləşib. Çox təəssüf ki, bir sıra hallarda uşaqlara çox eybəcər, milli adlarımızla uyğunlaşmayan, gülünc xarakter daşıyan adlar verilib. Heç şübhəsiz ki, uşaq yaşa dolduqdan sonra istər-istəməz öz adı ilə razılaşmır. O, anlayır ki, daşıdığı ad gülüncdür və mahiyyət etibarilə ona zərər vurur. Ona görə də adının, soyadının, bəzi hallarda atasının adının dəyişdirilməsilə bağlı müraciət edə bilir. Qanunvericiliyə görə, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var”.

 

Hüquqşünas deyib ki, yetkinlik yaşına çatmayanların ad, soyad və ata adının dəyişdirilməsi onun valideynlərinin razılığı əsasında mümkündür. 

 

Kimlər ata adından imtina edə bilməz?

 

Onun sözlərinə görə, aşağıdakı hallarda ata adının dəyişdirilməsi mümkündür: 

 

“- Əgər valideynlərdən biri və hər ikisi adını, soyadını, ata adını dəyişdiribsə, onda yetkinlik yaşına çatmayanların da doğum haqqında aktının qeydiyyatında bu barədə valideyn tərəfindən məlumat verilməklə dəyişikliklər edilir.

- Övladlığa götürmə zamanı övladlığa götürən valideyn qismində öz adını verirsə, o zaman uşağın da doğum haqqında aktında müvafiq dəyişikliklər baş verir.

- Atanın adının dəyişdirilməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının da atasının adı dəyişdirilir. Əgər uşaqlar yetkinlik yaşına çatıblarsa, bu zaman ata adının dəyişdirilməsi üçün onlar özü müraciət edə bilərlər.

 

Amma bu məsələdə ististanlar da var. Belə ki, şəxs hər hansı cinayətdə təqsirləndirilirsə, şübhəli olduğu müddətdə ad, soyad, ata adının dəyişdirilməsinə icazə verilmir. Bu, cinayətdən yayınma halları kimi qiymətləndirilə bilər. Həmçinin barəsində tibbi xarakterli məcburetmə tədbirləri seçilirsə, bu zaman adının, soyadının dəyişdirilməsinə yol verilmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 Qənirə Paşayevanın dairəsində qutuya topa bülleten atılması təsdiqini tapdı 21 Fevral 2020, 19:24 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35 Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib 21 Fevral 2020, 18:32 Kamal Abdulla Şöhrət Siracəddinovla görüşdü - FOTO 21 Fevral 2020, 18:26 Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI 21 Fevral 2020, 18:21 Məlahət İbrahimqızının dairəsi barədə qərar verildi 21 Fevral 2020, 18:15 Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO 21 Fevral 2020, 18:07 Məzahir Pənahov hərbi hissələrdə səsvermənin təşkilindən danışdı 21 Fevral 2020, 18:00 Həbs olunan icra başçısının videosu yayıldı - VİDEO 21 Fevral 2020, 17:55 MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi 21 Fevral 2020, 17:49 28 saylı dairədə şikayətlər təmin olunmadı 21 Fevral 2020, 17:45 Şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər - MSK sədri 21 Fevral 2020, 17:40 Neftçalanın icra başçısı, müavinləri və şöbə müdirləri saxlanıldı - RƏSMİ 21 Fevral 2020, 17:35 Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib - FOTO 21 Fevral 2020, 17:30 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12