Arxiv
19 Yanvar 2020, 13:16 | AKTUAL
Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti və hüquq-məhkəmə sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, idarəetmədə innovativ metodların və yeniliklərin tətbiqi, vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması qanunvericilik hakimiyyətində, xüsusilə “deputat-seçici” əlaqələrində də əksini tapmalıdır.


Bütün bunları əsas tutaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə indiyə kimi tətbiq etdiyi elektron xidməti daha da təkmilləşdirərək seçicilərlə yeni kommunikasiya modeli olan “Seçicinin elektron kabineti” xidmətini təqdim edir. Bu yenilik özündə nəyi əks etdirir?


1) Seçicilərin deputatla əlaqələrində operativlik ən yüksək səviyyədə təmin olunacaq;

2) Seçicilər əlavə zaman, enerji və digər resurslar sərf etmədən problemləri haqqında deputata onlayn müraciət edəcək. Bu xidmət vasitəsilə deputatın seçicilərin problemlərinin həlli ilə bağlı atdığı addımlar və qəbul etdiyi qərarlar seçicilər tərəfindən sistemli şəkildə müşahidə olunacaq;

3) Seçicilər təxirəsalınmaz məsələlər barədə rəsmi qəbula gəlmədən deputatı birbaşa məlumatlandıracaq və onları narahat edən problemin həllinə nail olacaq;

4) Deputat və seçicilər arasında sənəd dövriyyəsi elektron qaydada həyata keçiriləcək, bu sahədə şəffaflıq və aşkarlıq maksimum səviyyədə təmin ediləcək;

5) Deputata müraciət etmiş seçicilərin vahid elektron bazası formalaşdırılacaq ki, bu da hər bir seçicinin müraciət etdiyi məsələlərin müntəzəm olaraq hər iki tərəfin nəzarətdə saxlamasına imkan yaradacaq;

6) Müraciətlərin kateqoriyalar üzrə sistemləşdirilməsi sayəsində seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər təhlil ediləcək və müəyyən edilmiş problemlərin həlli üçün deputat tərəfindən Milli Məclisə və hökumətə müvafiq təkliflər göndəriləcək;

7) Bu xidmət vasitəsilə hər bir seçici deputatın fəaliyyəti və gördüyü işlərlə yaxından tanış olacaq və beləliklə, deputatın fəaliyyətinə ictimai nəzarət daha da artacaq;

8) Növbəti mərhələlərdə “Seçicinin elektron kabineti”nin Elektron Hökumət sisteminə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulur ki, bunun da nəticəsi olaraq Elektron Kabinet üzərindən digər dövlət qurumlarına da birbaşa müraciətin göndərilməsi mümkün olacaq;

9) Təqdim olunan elektron xidmətdə seçiciləri narahat edən sosial məsələlərin kollektiv müzakirəsi üçün “Seçici forumu” fəaliyyət göstərəcək;

10) “Sənin fikrin” bölməsində təşkil olunacaq sorğular vasitəsilə dairədə ictimai təşəbbüslərin irəli sürülməsi və ictimai rəyin öyrənilməsi təmin olacaq.

Bütün bu yeniliklərlə yanaşı, Azay Quliyev həmişə olduğu kimi mütəmadi əsasda seçicilərlə canlı görüşlər keçirəcək, onları narahat edən məsələlərlə yerində tanış olacaq, seçicilərin qəbul zamanı verdikləri ərizə və şikayətlər elektron bazaya daxil ediləcək. Qaldırılan məsələlərin icrası ilə bağlı atılan addımların ardıcıllığı seçicilər tərəfindən vahid bazada onlayn qaydada müşahidə ediləcək.

Elektron kabineti yaratmaq üçün 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər azayguliyev.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Beləliklə, deputat-seçici münasibətlərində interaktivliyin yeni mexanizmi olan “Seçicinin elektron kabineti” xidmətinin tətbiqi kommunikasiyanın innovativ modeli kimi ölkədə həyata keçirilən islahatların ruhuna və yeni dövrün çağırışlarına uyğun olaraq vətəndaş məmnunluğunu təmin edəcək, xüsusilə qanunvericilik hakimiyyətin nümayəndəsi ilə vətəndaş arasında çevik və rahat əlaqənin qurulmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır.


Sizə təqdim olunan video təlimatda daha ətraflı məlumat əldə edə bilərsiniz.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsintisi ilə bağlı araşdırma apardı 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13 Bakıda idman zalından oğurluq oldu 24 Fevral 2020, 10:06 İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI 24 Fevral 2020, 10:00 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Fevral 2020, 09:54 Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - VİDEO 24 Fevral 2020, 09:52 İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova 24 Fevral 2020, 09:46 “Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var” 24 Fevral 2020, 09:40