Modern.az

Rəşad Camalov Şirvandakı Şəhidlər Xiyabanını seçicilərlə birgə ziyarət edib - FOTOLAR

Rəşad Camalov Şirvandakı Şəhidlər Xiyabanını seçicilərlə birgə ziyarət edib - FOTOLAR

Aktual

20 Yanvar 2020, 12:23

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov 20 Yanvar şəhidlərini seçicilərlə birgə ziyarət edib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Şirvan şəhərində Şəhidlər xiyabanında olub. 

 

Sovet qoşunları tərəfindən  Azərbaycan xalqının başına gətirilən dəhşətlərdən danışan Rəşad Camalov xalqın mübarizliyi və əzmkarlığı sayəsində müstəqillik əldə etməsini xüsusi vurğulayıb.

 

Şirvan camaatı ilə birgə Şəhidlər xiyabanını ziyarət edən Rəşad Camalov  20 Yanvar abidəsinə gül dəstələri qoyub. 20 Yanvar abidəsinə gül dəstələri qoyandan sonra deputatlığa namizəd Qarabağ qaziləri, Çernobıl əlilləri və Şirvan əhalisi  ilə söhbət edib. Qarabağın işğaldan azad olunacağını mütləq qeyd edib.

 

Söhbət zamanı Şirvan camaatına ölkədəki iqtisadi-sosial islahatlardan danışan Rəşad Camalov görülən işləri müsbət qiymətləndirib.

 

Sonda seçicilər deputatlığa namizəd Rəşad Camalova  minnətdarlığını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!