Modern.az

Goranboyda anım tədbirləri keçirilib - FOTO

Goranboyda anım tədbirləri keçirilib - FOTO

Aktual

20 Yanvar 2020, 12:31

 

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri  keçirilib.

 

Modern.az xəbər verir ki, tayon icra hakimiyyətinin başçısının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Milli Qəhrəmanların, Şəhid ailələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə, rayonun Muzdurlar kəndində 20 Yanvar şəhidi İlqar Kərimovun məzarı ziyarət edilib, qərənfillər qoyulub və Şəhidin ruhuna dualar oxunub.

 

Həmçinin icra başçısı Məhərrəm Quliyevin Şəhidin ailəsi və kənd ictimaiyyəti ilə görüşü olub. 

 

Sonra tədbir Goranboy şəhərində ucaldılmış Şəhidlər Xatirə Kompelksində davam etdirilib, Şəhidlərin büstləri önünə qərənfillər düzülüb.

 

Saat 12:00-da Goranboy şəhər mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı