Modern.az

Ziyafət Əsgərov və Hadi Rəcəbli  Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Ziyafət Əsgərov və Hadi Rəcəbli  Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Aktual

20 Yanvar 2020, 13:46

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov  və Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanının ziyarət olunması mərasimində  iştirak edib.

 

Modern.az-ın məlumatına görə, daha sonra Lənkərana səfərə yola düşən millət vəkilləri Lənkəranda da  20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Anım mərasimində millət vəkilləri ilə yanaşı “YAP” Lənkəran təşkilatının fəalları, gənclər və bir qrup ağsaqqallar da iştirak ediblər.

 

Düz 30 il əvvəl baş vermiş bu faciənin ildönümünü qeyd etmək üçün yığışan millət vəkilləri və bir qrup ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə qırmızı qərənfil dəstələri qoyublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı