Arxiv
20 Yanvar 2020, 13:54 | AKTUAL
20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi - FOTO

1990-cı ilin Qanlı Yanvar faciəsindən 30 il ötür. Doğma yurdunun azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

Modern.az xəbər verir ki, bu müddət ərzində şəhidlərin məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 30 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ölkələrdə yaşayan soydaşlarımız da ziyarət edirlər.

 

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.

 

Bütün Azərbaycan xalqı kimi, Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

 

Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Komfort zonanı tərk etmək qorxusu – Bunu necə yenməli? 26 Fevral 2020, 13:48 Xocalı soyqırımının qurbanları Binəqədidə də anıldı 26 Fevral 2020, 13:39 Xocalı Soyqırımını tanımış ölkələr - SİYAHI 26 Fevral 2020, 13:38 “Xocalı soyqırımının tanıdılmasında Avropadakı türk icmalarından istifadə etməliyik” 26 Fevral 2020, 13:34 Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu 26 Fevral 2020, 13:29 Sabahın HAVA PROQNOZU 26 Fevral 2020, 13:22 İsgəndər Həmidov dəfn olundu - YENİLƏNİB - FOTO 26 Fevral 2020, 13:12 Lənkəranda Xocalı qurbanları yad edildi 26 Fevral 2020, 12:59 Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü - FOTO 26 Fevral 2020, 12:46 Xəzərdə zəlzələ oldu 26 Fevral 2020, 12:42 Zakir Qaralov köməkçisini yeni vəzifəyə TƏYİN ETDİ 26 Fevral 2020, 12:38 Ermənistanın cinayətləri nəticəsində 10 min soydaşımız öldürülüb - Hərbi Prokurorluq 26 Fevral 2020, 12:33 Azərbaycanda kabinetində həbs olunan MƏMURLAR 26 Fevral 2020, 12:30 “Xocalı cinayəti həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur” - Nazir müavini 26 Fevral 2020, 12:27 Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA 26 Fevral 2020, 12:24 Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur 26 Fevral 2020, 12:15 İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib 26 Fevral 2020, 12:10 Serj Sarkisyan və Robert Koçaryanla bağlı istintaq davam etdirilir 26 Fevral 2020, 12:05 CHP-li deputatın Xocalı PAYLAŞIMI 26 Fevral 2020, 11:59 Çavuşoğlu Xocalı qurbanlarını yad etdi 26 Fevral 2020, 11:53 Vətəndaş etirazları: 20 ölü, 189 yaralı 26 Fevral 2020, 11:50 Bakıda müşahidə olunan qatı dumanın səbəbi AÇIQLANDI 26 Fevral 2020, 11:47 Xocalı soyqırımının məsələsinə Beynəlxalq Cinayət Məhkəməsində baxılacaq? - Rəsmi  26 Fevral 2020, 11:42 Koronavirusa görə dünyada da maskalar bahalaşıb - QİYMƏTLƏR 26 Fevral 2020, 11:36 Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI 26 Fevral 2020, 11:30 Türkiyə XİN-dən Xocalı ilə bağlı BƏYANAT 26 Fevral 2020, 11:25 Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ 26 Fevral 2020, 11:23 XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar 26 Fevral 2020, 11:19 DTX-nın həbs etdiyi İsmayıl Vəliyevdən yeni XƏBƏR VAR 26 Fevral 2020, 11:14 DİM yeni onlayn sınaq imtahanları keçirir 26 Fevral 2020, 11:08 “Soyqırımın səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq” - Səfir 26 Fevral 2020, 11:02 Əkrəm İmamoğludan Xocalı paylaşımı 26 Fevral 2020, 10:58 Məktəblərdə ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib - FOTO 26 Fevral 2020, 10:53 Parisin mərkəzində Xocalı soyqırımı anıldı - FOTO 26 Fevral 2020, 10:47 İsgəndər Həmidov xanımının yanında dəfn olunacaq 26 Fevral 2020, 10:45