Modern.az

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

20 Yanvar 2020, 16:52

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

 

Modern.az-ın xəbərinə əsasən, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

 

"1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir