Modern.az

AŞ PA-nın nümayəndə heyəti sabah Azərbaycana gəlir

AŞ PA-nın nümayəndə heyəti sabah Azərbaycana gəlir

21 Yanvar 2020, 13:51

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində - 2020-ci il yanvarın 22-23-də seçki kampaniyası və siyasi mühitin dəyərləndirilməsi məqsədilə Azərbaycana səfər edəcək.

 

Modern.az bu barədə AŞ PA-nın saytına istinadən məlumat verir.

 

Qeyd olunur ki, nümayəndə heyəti Bakıda Milli Məclisin sədri, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların liderləri və nümayəndələri ilə görüşəcək.

 

Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, KİV nümayəndələri, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə danışıqlar planlaşdırılır.

 

Qeyd edək ki, AŞ PA nümayəndə heyəti Azərbaycana tam tərkibdə fevralın 9-da seçkiləri müşahidə etmək üçün səfər edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?