Arxiv
21 Yanvar 2020, 14:03 | İQTİSADİYYAT
“Kirayə mənzillər sosial yox, biznes layihəsidir” - NARAZILIQ

Uzun müddətdir satışı gözlənilən kirayə mənzillərlə bağlı açıqlanan ilkin məlumatlar geniş müzakirələrə səbəb olub. Təəssüf ki, uzun illərdir ev sahibi olmaq üçün bu fürsətdən yararlanmaq istəyənlər üçün şərtlər əlçatan deyil. Müzakirələrin əsasını da bu amil təşkil edir.

 

 

“Məsələyə yenidən baxılmalıdır”

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov şərtlərin əlverişsiz olduğunu dilə gətirib:

 

 

 

 

“Sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdaram. Həqiqətən də qiymətlər aztəmiantlı, evsiz əhali üçün əlçatan deyil. İlkin ödəniş üçün 7 min manat çox böyük məbləğdir. Əgər bu evlər faizsiz verilirdisə, ilkin ödəniş də az olmalı idi. Yox əgər faizi də bəri başdan hesablayıblarsa, bu layihənin effektivliyi qalmır. Əvvəlcədən bildirmişdilər ki, aylıq 200-300 manat ödəməklə vətəndaş 25-30 il ərzində həmin mənzilə sahib olacaq. Amma indiki rəqəmlər heç də məsələnin əvvəldə bildirildiyi kimi olmadığını deməyə əsas verir. Çünki indiki şərtlər daxilində sosial təminatı zəif olan insanlar kirayə mənzil sahibi ola bilməyəcəklər. Ona görə də məsələyə baxmaq lazımdır”.

 

300 mənzillik layihə...

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, kirayə mənzillər sosial layihə olaraq təqdim edilmişdi:

 

“Aztəmiantlı, gənc ailələrə mənzilə çıxış imkanlarının asanlaşdırılması kimi həyata keçirilcəyinə dair bəyənatlar var idi. Əvvəlcədən deyirdilər ki, kredit faizləri hesablanmayacaq. Amma ilkin məlumatlar açıqlanarkən məlum oldu ki, mənzillərin satışı faizsiz elan olunsa da, faizlər əvvəlcədən hesablanaraq, ümumi qiymətin üzərinə gəlinib. Ona görə də qiymətlər çox yüksəkdir. Normalda kirayə şərtlərilə satışa çıxarılan mənzili nağd şəklində 3 dəfə ucuz qiymətə almaq olar. İkinci məsələ mənzillərin sayının məhdud olması ilə bağlıdır. Ümumilikdə 300-dən yuxarı sayla məhdudlaşan mənzillər ciddi sosial layihəyə çevrilə bilməyəcək. Bununla insanların mənzilə tələbatının ödənilməsi mümkün deyil. Üçüncü məsələ ondan ibarətdir ki, bunlar fiksə olunmuş qiymətlər deyil. Əgər sabah müqavilə şərtlərinə görə manatın məzənnəsilə bağlı dəyişiklik, inflyasiya qeydə alınsa, qiymətə yenidən baxılacaq.

 

Fors-major situasiyalarda bütün məsuliyyət və əziyyət alıcının üzərinə qoyulur. Bütün bunları nəzərə alsaq, kirayə mənzil layihəsinin sosial layihə olmaqdan çıxaraq, insanlarda qıcıq yaradır”.

 

 

“Bu, sosial layihə olmaqdan çıxıb”

 

Ekspert qeyd edib ki, biznes layihəsi sosial layihə adı altında cəmiyyətə sırınır:

 

“Sosial şəbəkələrdə gedən müzakirələr də insanların narazılığını göstərir. Açıqlamalarla bu layihəyə ümid edənlərin ümidləri puça çıxdı. Bu həm də sosial layihə olmaqdan çıxıb və kommersiya layihəsinə çevrilib. Çünki mənzillərin lokasiyasına baxdıqda görürük ki, müxtəlif ərazilərdə yerləşən mənzillərdir. Bu da onu deməyə əsas verir ki, dövlətin balansında olan, satışı birbaşa nağd şəklində həyata keçirilən mənzillərin bu şəkildə baha satılmasına qərar verilib. Sanki sosial layihə biznes layihəsinə çevrlib. Təəssüf ki, layihəhinin indidən uğursuz olduğunu demək mümkündür”.

 

İlkin məlumatalara görə, kirayə üsulu ilə satılacaq mənzillərin sayı 331-dir. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyalarının yaxınlığında), 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i Sumqayıtda yerləşir. 1 kvadratmetri 1840 manata başa gələcək mənzillər üçün ilkin ödəniş 7 min manatdan yuxarıdır. İpoteka və Kredit Zəmanət Fondu isə bu qiymətlərin şərti olduğunu, real qiymətlərin yaxın günlərdə açıqlanacağını bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumların SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06