Modern.az

Şərqi Azərbaycanda 43 nəfər dəm qazından boğulub

Şərqi Azərbaycanda 43 nəfər dəm qazından boğulub

Aktual

21 Yanvar 2020, 14:15

İranda 9 ay (21 mart -21 dekabr 2019) dəm qazından həlak olanların sayının artdığı və soyuq hava şəraitinə görə İranın Tibbi Ekspertiza Təşkilatı xəbərdarlıq edib.

 

Modern.az-ın xəbərinə görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının informasiya portalının məlumatında öz əksini tapıb.

Bildirilir ki, 9 ay ərzində İranda 436 nəfər dəm qazı nəticəsində həlak olub. Bu isə ötən ilin analoji dövrü ilə (388 nəfər) müqayisədə 12,4% artımın olduğunu göstərir.

Məlumata əsasən, qeyd olunan müddətdə ən çox ölüm halları Tehran (84 nəfər), Şərqi Azərbaycan (43 nəfər) və İsfahan (39 nəfər) vilayətlərində olub.

 

Təşkilatın məlumatında bildirilir ki, payızda 214 nəfər dəm qazı nəticəsində dünyasını dəyişib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi