Modern.az

Deputatlığa namizəd Məşhur Məmmədov qadın seçiciləri ilə görüşüb - FOTOLAR

Deputatlığa namizəd Məşhur Məmmədov qadın seçiciləri ilə görüşüb - FOTOLAR

Aktual

21 Yanvar 2020, 14:35

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Məşhur Şahbaz oğlu seçicilərlə görüşüb.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Məşhur Məmmədov rayon ictimaiyyətinin fəal qadınları ilə görüş keçirib.

 

Qadınlarla görüş zamanı Məşhur Məmmədov bildirib ki, müasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlər.

 

Deputatlığa namizəd qeyd edib ki, qadınların cəmiyyətdə aktiv olması dövlətin də möhkəm olması deməkdir.

 

Görüşün sonunda qadın seçicilər Məşhur Məmmədova səs verəcəklərini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?