Modern.az

Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək

Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək

21 Yanvar 2020, 17:10

Dünya çapında tanınan alim, professor Rafiq Əliyevin elmi  sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr) kitabının təqdimetmə mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki,  XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.

 

Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan   “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır. 

 

Həmçinin, təqdimat mərasimində həm də, Rafiq Əliyevə həsr olunmuş “Su kimi sakit və güclü” kitabı da oxuculara təqdim olunacaq.

 

Adıçəkilən kitab dünya səviyyəli alimin mütəlif illər ərzində yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi tanınmış .air-publisist Rafael Tağızadədir.

 

Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin  Mərmər zalında keçiriləcək.  (ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti.41 küçəsi)

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir