Arxiv
21 Yanvar 2020, 18:07 | AKTUAL
Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO

Yanvarın 21-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov Qaradağ rayonu Qobu 1 və Qobu 2 yaşayış kompleksində Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, həyətlərdə onlarla görüşüb.

Modern.az xəbər verir ki, 2020 9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Qaradağ rayonu Qobu 1 və Qobu 2 yaşayış kompleksində Cəbrayıldan olan məcburi köçkünlərin evlərində olub, həyətlərdə sakinlərlə görüşüb. Daha sonra YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və seçicilərin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib. A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib. Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb. Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir. Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb.

Ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ceyhun Məmmədov səhiyyənin daha əlçatan olması, təhsilin səviyyəsinin yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün səy göstərəcəyini, onların evlə təmin olunmaları istiqamətində addımlar atacağını qeyd edib.

Ceyhun Məmmədov, həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb. Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. Seçicilər yazıçı Həsən Təhməzov, müəllimlər Firəddin Məmmədov və Şövkət Həziyeva Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədovu dəstəklədiklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45