Arxiv
22 Yanvar 2020, 16:10 | ÖLKƏ
“Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik” - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikaya səfəri çərçivəsində Avropanın nüfuzlu “EURACTIV” xəbər portalına telemüsahibə verib.

 

Modern.az “Azərbaycan: Qırmızı qərənfilləri xatırlayır və gələcəyə baxır” başlıqlı müsahibədən bəzi hissələri təqdim edir.

 

Dağlıq Qarabağ münaqişəsinin həllinin perspektivləri və Avropa İttifaqının münaqişə ilə bağlı mövqeyi barədə Hikmət Hacıyev bildirib:

 

“Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik, əksinə, Ermənistanın destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi bu formatı dəyişməyə cəhd etdi.  Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir.

Daha sonra Ermənistan tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santim belə ərazinin qaytarılmayacağını” dedi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdir. Bu tamamilə qəbuledilməzdir. Bu cür yanaşma nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!”

 

Avropa İttifaqı ilə yeni ticarət sazişi barədə danışan müsahib danışıqlar prosesinin hələ də davam etdiyini, müəyyən fundamental məsələlərlə bağlı tərəflər arasında fərqli baxışların olduğunu qeyd etmişdir. “Bununla belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki doxsan faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik. Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin”.

 

Prezidentin köməkçisi NATO–Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı danışarkən bildirib ki, “Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-amanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Brüsselə səfər çərçivəsində biz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi siyasi və regional məsələlər üzrə “29+1” (NATO + Azərbaycan) formatında müzakirələr apardıq”.

 

Ən sonda “EURACTIV”in müxbiri H.Hacıyevin yaxasına taxdığı nişanın nə olduğu ilə bağlı maraqlanıb. O isə cavabında bu nişanın Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin 30-cu ildönümünü simvolizə etdiyini bildirib:

 

“Hələ Sovet vaxtları idi və Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək 26 min nəfərlik qoşunu Azərbaycana yeritdi. Yeganə məqsəd müstəqillik və azadlıq haqqında düşünən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idi. Tanklar və əsgərlər heç bir fərq qoymadan mülki etirazçılara qarşı gücdən istifadə etdi. Nəticədə 147 insan qətlə yetirildi, bir neçə yüz insan yaralandı. Onlar azadlıq, müstəqillik və ədalət istəyən günahsız mülki vətəndaşlar idi. Bu, Sovet rəhbərliyi tərəfindən kütləvi cəzalandırmanın bir elementi idi. Bu, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət idi”. 

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi müsahibəsində Şərq və Qərb arasında bağlantılar, Şimal–Cənub nəqliyyat dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP və TAP kimi enerji layihələri və digər məsələlər haqqında da “EURACTIV”in oxucularına ətraflı məlumatlar verilib.

 

Telemüsahibənin tam versiyasına aşağıdakı linkdən baxmaq olar:

https://www.euractiv.com/section/azerbaijan/video/azerbaijan-remembering-red-carnations-and-looking-into-the-future/

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik qanunsuz mühafizə fəaliyyəti ilə məşğul olan dəstəni yaxaladı 26 Sentyabr 2020, 13:00 Astarada evə basqın edən maskalı şəxslər tutuldu 26 Sentyabr 2020, 12:54 İrandan Azərbaycana narkotik keçirən dəstə saxlanılıb - FOTOLAR 26 Sentyabr 2020, 12:47 Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttinə getdilər - FOTOLAR 26 Sentyabr 2020, 12:40 Binəqədi rayonun ərazisində təmizlik işləri davam edir 26 Sentyabr 2020, 12:34 Quş əti diyetik və faydalıdır 26 Sentyabr 2020, 12:27 DTX-nın həbs etdiyi şöbə müdiri ev dustaqlığına BURAXILDI 26 Sentyabr 2020, 12:20 Livanın baş naziri istefa verdi 26 Sentyabr 2020, 12:14 Naxçıvanda bal festivalı keçirilir 26 Sentyabr 2020, 12:07 Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru ilə görüşüb 26 Sentyabr 2020, 12:00 Sabah yağış yağacaq, dolu düşəcək - HAVA PROQNOZU 26 Sentyabr 2020, 11:54 Ağciyər xəstəliklərinin ilkin əlamətləri açıqlandı 26 Sentyabr 2020, 11:48 Qazlaşma səviyyəsi 97 faizi keçdi 26 Sentyabr 2020, 11:42 Bakıda karantin rejimini pozan restoran aşkar edildi 26 Sentyabr 2020, 11:36 Qarabağda koronavirus TÜĞYAN EDİR: Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı... 26 Sentyabr 2020, 11:30 Qaxın turizm marşrutu tullantılardan təmizlənib - FOTO 26 Sentyabr 2020, 11:24 Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötüb 26 Sentyabr 2020, 11:18 İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK 26 Sentyabr 2020, 11:12 Gədəbəydə arvadını bıçaqlayan ər qaçdı 26 Sentyabr 2020, 11:06 Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı 26 Sentyabr 2020, 11:00 Gübrənin qiyməti ucuzlaşdı   26 Sentyabr 2020, 10:54 Deputat seçicilərilə görüşüb - FOTO 26 Sentyabr 2020, 10:48 Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin yalanından DANIŞDI 26 Sentyabr 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 26 Sentyabr 2020, 10:36 Sürücülərin nəzərinə - bu yol bağlanır 26 Sentyabr 2020, 10:30 Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı 26 Sentyabr 2020, 10:23 Qarabağ proksi-savaşı? 26 Sentyabr 2020, 10:20 Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu 26 Sentyabr 2020, 10:14 Yolu keçmək istəyən həkimi maşın vurdu 26 Sentyabr 2020, 10:07 Koronavirus beyin xərçəngi yarada bilər 26 Sentyabr 2020, 10:03 Türkün dünyanı dərki muzeyi sirləri AÇIR 26 Sentyabr 2020, 09:56 Koronavirusla bağlı SON STATİSTİKA 26 Sentyabr 2020, 09:49 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat YAYDI 26 Sentyabr 2020, 09:42 Həbsim siyasi sifarişdir - Qagik Sarukyan 26 Sentyabr 2020, 09:38 4 maşın toqquşdu, 50-dən çox heyvan tələf oldu - FOTO 26 Sentyabr 2020, 09:36