Modern.az

Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR

Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR

Aktual

22 Yanvar 2020, 22:16

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərlə görüşlərini davam etdirir.

Modern.az xəbər ki, millət vəkilinin budəfəki görüşləri, yanvarın 22-də Zərdabın Qaravəlli, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Dəliquşçu kəndlərinin sakinləri ilə görüşləri də izdihamlı və çoşqulu keçib.


Görüşdə çıxış edən kənd sakinləri başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.


Sakinlər son 15 ildə deputatın onları MM-də layiqincə təmsil etdiyi, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər.

Xatırladaq ki, bundan bir xeyli müddət əvvəl rayonun Dəkkəoba kəndinin bir qrup sakini deputata müraciət edərək, kəndin əkin sahələrinin suvarılması üçün ayrıca su kanalının çəkilməsi məsələsini aidiyyatı orqanlar qarşısında qaldırılmasını millət vəkilindən xahiş etmişdilər.

Sevindirici haldır ki, bu  məsələ artıq özünün müsbət həllini tapıb. Belə ki, deputat daha əvvəl-2018-ci ildə parlamentdə büdcə müzakirələri zamanı bu məsələnin 2019-cu ilin büdcəsinə daxil olunmasını xahiş etmişdi.


 Deputat həmçinin, ötən il də (2019-cu ildə də) bu məsələ ilə bağlı  Baş nazir Əli Əsədova müraciət etmiş  və onun müraciəti diqqətə alınmışdır.

Artıq bununla bağlı Meliorasiya və Su təsərrüfatı ASC-nin mütəxəssisləri  Dəkkəoba kəndinə gəliblər və bugünlərdə bu məsələnin reallaşdırılmasına başlanılacaq.

Kənd sakinləri buna, eləcə də, kənd və rayon əhəmiyyətli digər işlərinə görə, millət vəkilinə xüsusi təşəkkürlərini bildiriblər.

Eyni zamanda, ağr vəziyyətdə olan Dəliquşçu orta məktəbinin təmir edilməsi məsələsinin plana salınması üçün göstərdiyi dəstəyə görə, kənd sakinləri, ziyalılar deputata öz minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin, seçicilər  Kür çayının daşması ilə bağlı Zərdabın ziyan çəkmiş kəndlərini bir-bir gəzib dolaşdığına, su altında qalan evlərlə, mənzillərlə bir-bir yerində tanış olduğuna və bu vəziyyətin aradan qaldırılması üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırdığına görə, millət vəkilinə təşəkkürlərini çatdırıblar.

Dəkkəoba kənd orta məktəbinin direktoru Səlim Zeynalov bu işdə göstərdiyi köməyə görə, deputata xüsusi təşəkkürünü bildirib.

Qaravəlli kənd orta məktəbinin müəllimi Kərim Məmmədov,  Dəliquşçu kənd orta məktəbinin müəllimi Şirinbacı Qəhrəmanova deputata hələ 2005-ci ildə səs verdiklərini, onun yanında olduqlarını, dəstəklədiklərini bildiriblər.

Onlar deputata münasibətdə bu gün də fikir və mövqelərini dəyişmədiklərini, ötən 15 il ərzində ona inandıqlarını, J. Əliyevanın da öz növbəsində bütün addımları ilə onların yanında olduğunu çıxışlarında dilə gətiriblər.


Seçicilər xüsusilə, Zərdab-Mollakənd yolunun yenidən qurulmasının hələ deputalığa namizəd kimi, 2005-ci ildə J. Əliyevanın seçki platformasında əksini tapdığına və daha sonra bu yolun təmir edildiyinə görə, millət vəkilinə təşəkkürlərini bildiriblər.

Sonra yenidən bərbad vəziyyətə düşən bu yolun növbəti-ikincə dəfə bərpası, təmiri məsələsini qaldırdığına və artıq bu yolunun yenidən tikintisinə başlanılmasına görə, ölkə  Prezidentinə, adiyyatı qurumlara, o cümlədən, millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, millət vəkilinin son 15 il ərzində gördüyü işlər, etdiyi çıxışlarla bağlı onun rəsmi “Facebook” səhifəsindən tanış ola bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi