Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz

23 Yanvar 2020, 09:14

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Sözü” təqdim edir.

 

BEŞİNCİ SÖZ

 

Qəm çəkən insanın halı uzaqdan məlum olatr. Könlünü donduran kədər,insanın  boyunu qısaldar, boynunu bükər, belini sındırar, əlacı hər yandan kəsiləndə gözündən yaş töküb, dilindən ağı deyər. Qəm-kədər üstün gələndə “Ay Allah məni balaca qayğısız uşağa döndər” – deyən qazaxları da öz gözlərimlə görmüşəm.

 

Özlərini dərdə-qəmə batırmaqla, ağır əzablara düçar etməklə belə demək istəyirlər ki, guya uşaq olmaqla, bu dünyanı dəyişəcəklər. Kasıblıq insana dərd gətirər. Və zaman-zaman insanlar öz kasıblıq, yoxsulluq dərdini də söz çevirib, vərəq-vərəq yaddaşlara yayıblar.Nahaqdan  deməyiblər ki, dərdli adamı həm də sözlərindən tanırsan. El  içində yoxsullar  güzəranlarının vəziyyətini, dərdlilər çəkdiklərini izhar etmək üçün atalar sözü yaradıblar: “Ömrün sonuncu gününü yaşasan belə, birgünlük azuqəni yığ”, “ Kasıbın qardaşı olmaz”,  “Var dövlət insanın adamın ətidir”, “ Varlının alnı açıq, kasıbın üstü açıq”, “ İgidin payı yolda, qurdun payı kolda”, “Kişinin çörəyi süfrəsində, namərdin çörəyi əlində ”, “Bir əl alanda, bir əl verər”, “Qazanandan soruşmurlar”, “ Bəydən ümidi üzülən  allahdan da  küsər”, “ “Qarnı aç qaralı evə qaçar”.

 

Yəqin deyəcəksiniz  ki, bu qədim ata sözlərini niyə yazdım? Çünki indiki qazaxlar sülh üçün, elm üçün, ədalət üçün  çalışmırlar. Var-dövlət üçün özlərini oda-közə vururlar. Var-dövləti qazanmağın halal yolunu qoyub, onu başqasının əlindən hiylə ilə,bicliklə talamağı  düşünürlər. Verməsən, əlindən məcbur almağa da hazırdır. Var dövlət üstündə qardaşına da qalib gələr lakin utanmaz.  Belə iyrənc yolla mal-dövlət sahibi olanlar dilənçinin,  şikəstin, əlsiz-ayaqsızın da malına sahib çıxarlar.

 

Ona görə deyirəm ki, onların ağlı uşaq ağlından fərqlənməz.  Uşaqlar yanan ocaqdan qorxarlar, böyükləri isə cəhənnəmin alovu da qorxutmur. Uşaqlar bir günahları olub utananda, həyalarından yerə girmək istəyirlər, böyüklər isə etdikləri rəzalətlərdən və axmaq əməllərdən heç utanmırlar da.  Ona görə də onlar uşaqları üstələyib keçirlər. İndi bildinizmi nəyə görə deyirəm ki,  böyüklərin uşaqlardan nəyi artıqdır? Əgər biz özümüz ətrafımızdakı belə talançı və hiyləgər adamlara inanmasaq, əlimizdə-qolumuzda olanı verməsək, onlar üçün  varlanıb harınlamağa şərait yaratmasaq, onların səviyyəsinə düşməsək, özləri bizdən üz döndərəcəklər.

 

Siz niyə cani könlüdən  bu keyfiyyətdə olan xalqa sarı gedirsiniz? Məgər biz belə bir xalq idik?

 

Tərcümə etdi: Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır