Modern.az

İlham Əliyev qızını belə təbrik etdi – FOTO

İlham Əliyev qızını belə təbrik etdi – FOTO

23 Yanvar 2020, 13:24

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ad günüdür.

 

Modern.az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

 

Orta təhsilini 1995-2006-cı illərdə Bakıda, 160 saylı məktəbdə, ali təhsilini İsveçrə və Böyük Britaniyada alıb.

 

2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Səməd Qurbanovla ailə quran Arzu Əliyevanın iki övladı var.

 

Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə yaxından məşğul olur. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edir.

 

Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.

 

Arzu Əliyevanı atası Prezident İlham Əliyev özünün rəsmi feysbuk səhifəsində belə təbrik edib:

 

"Ad Gününüz Mübarək! Arzu Əliyeva"

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır