Modern.az

Rafiq Bayramov Xırdalanda qəbul keçirdi

Rafiq Bayramov Xırdalanda qəbul keçirdi

Aktual

23 Yanvar 2020, 15:54

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 23-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.

 

Modern.az xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar tərəfindən Xırdalan şəhər 11 illik Musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün klassik musiqi konsertlərinin təşkili, Zəngilan rayon Mərkəzi Kitabxanasına Azərbaycan və dünya ədəbiyyatı, eləcə də ali məktəb dərsliklərinin verilməsini diqqətə çatdırıblar.

 

Həmçinin Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sensor vitrinlərin verilməsi, Zəngilan kənd klubunun ərazisində açıq səhnənin qurulması, Saray qəsəbəsində Mədəniyyət evinin tikilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazir müavininə müraciət edilib.

 

Vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər dinlənilib, qaldırılan bir sıra məsələlər yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

 
  •  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi