Modern.az

Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI

Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI

Aktual

23 Yanvar 2020, 17:53

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. MSK sədri bildirib ki, hələlik 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

 

Həmçinin Məzahir Pənahov indiyə qədər qeydiyyatdan keçən yerli müşahidəçilərin sayının da məlum olduğunu diqqətə çatdırıb:

 

“Hələlik 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 40 min 955 nəfər DSK-lardadır”.

 

Komissiya sədri onu da bildirib ki, proses davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu