Arxiv
23 Yanvar 2020, 22:56 | AKTUAL
Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Səmədzadə 9 fevral seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını, seçicilərlə görüşlərini uğurlu şəkildə davam etdirir.

Modern.az xəbər verir ki, deputatlığa namizəd görüşlərindən birini 21 yanvar tarixində keçirib.

Görüş zamanı akademik vətəndaşları dinləyib və onları maraqlandıran sualları cavablandırıb.

Deputatlığa namizəd 22 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və elmi işçi heyəti ilə görüşüb.

Yanvarın 23-də keçirilən çoxsaylı görüşlərdən birində isə Z. Səmədzadə sadə insanlarla, eyni zamanda, orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup iş adamı, sahibkarlarla bir araya görüşüb.

Görüşdə 1993-cü ildən bu yana ölkədə reallaşdırılan quruculuq işlərindən, ölkə Prezidenti İlham Əliyev tərəfindən son 17 ildə həyata keçirilən siyasətdən, əldə edilən uğurlardan, xüsusilə, sahibkarlığın, o cümlədən, orta və kiçik biznesin (sahibkarlığın) inkişafı istiqamətində atılan addımlardan, qəbul edilən qanunlardan bəhs edilib.

Həmçinin, 2018-ci ilin 11 aprel seçkiləri və 2019-cu ilin əvvəllərindən ölkədə daha da geniş vüsət alan islahatlar prosesindən, bu prosesin insanların həyatına müsbət mənada təsirindən söz açılıb, minnətdarlıq ifadə edilib.

Görüş iştirakçıları ölkədə həyata keçirilən siyasəti, islahatlar prosesini müdafiə etdiklərini, 9 fevralda ən layiqli namizədlərə səs verəcəklərini bildirib, o cümlədən, deputatlığa namizədə uğurlar arzulayıblar.

 

Qeyd edək ki, Z. Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb və elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib. Z.Səmədzadə 1971-ci ildən iqtisad elmləri doktoru, 1977-ci ildən professordur. 1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə prorektoru olub.

1980-cı ildə Z.Səmədzadə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib.

1983-1991-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət-Plan İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olub. Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir, Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin akademikidir. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:36 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 Azərbaycan əsgəri şəhid old 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13 Bakıda idman zalından oğurluq oldu 24 Fevral 2020, 10:06 İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI 24 Fevral 2020, 10:00 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Fevral 2020, 09:54 Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - VİDEO 24 Fevral 2020, 09:52 İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova 24 Fevral 2020, 09:46 “Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var” 24 Fevral 2020, 09:40 Bakıda itkin düşənlər tapıldı 24 Fevral 2020, 09:35 “Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala” - MÜSAHİBƏ 24 Fevral 2020, 09:30 Hökümət koronavirusla mübarizəyə pul ayırdı 24 Fevral 2020, 09:24 Bakı-Quba-Rusiya yolunun tikintisi nə vaxt başa çatacaq? 24 Fevral 2020, 09:18 Paytaxtda “Mersedes” qəza törətdi 24 Fevral 2020, 09:05 Bakı-Sumqayıt yolunda hərəkət dayanıb - FOTO 24 Fevral 2020, 08:59 Xərçəng hüceyrələrini öldürən ən təsirli QİDA 24 Fevral 2020, 08:53 İran koronavirusla mübarizəyə ordunu da cəlb edir 24 Fevral 2020, 08:42 Türkiyədə daha bir güclü zəlzələ 24 Fevral 2020, 08:22 Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb 24 Fevral 2020, 08:14 “Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16