Modern.az

Kamran Bayramov yenidən seçicilərlə bir arada - FOTOLAR

Kamran Bayramov yenidən seçicilərlə bir arada - FOTOLAR

Aktual

24 Yanvar 2020, 10:25

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd seçicilərlə görüşdən öncə Şəmkirin Mehrili kəndini gəzib, seçicilərin qapılarını döyüb, kənd ağsaqqalarının və ziyalılarının evlərində qonaq olub. Həmçinin təşviqat aparmağı da unutmayıb.

 

Kamran Bayramov Mehrili kəndindən sonra  Abbaslı kəndində olub. Görüşdə əsasən çox böyük hörmət bəslədiyi təhsil işçiləri iştirak edib. Təşviqatını aparıb, insanları danışıb, onların problemlərini dinləyib.

 

Abbaslı  kəndinin seçiciləri də seçimlərinin birmənalı olaraq Yeni Azərbaycan Partiyası olduğunu qeyd ediblər.

 

Deputatlığa namizəd sonra Abbaslı kəndini gəzib, insanların gündəlik həyatını canlı seyr edib. Yolüstü şəhid Ələmdar Ələkbərovun qardaşı Allahyar müəllimlə görüşüb. Şəhidimizin ailəsi deputatlığa namizədi evində qonaq edib, çay süfərsi açıb və Kamran Bayramova xeyir-duasını verib.

 

Kamran Bayramov Abbaslıda digər evləri də gəzib, insanlarla görüşüb, onları dinləyib, təşviqatını aparıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü