Arxiv
24 Yanvar 2020, 14:46 | AKTUAL
Yardımlı yollarında - FOTO

Qurani-Kərimdə Yaqub peyğəmbərin adı bir neçə yerdə çəkilib. Barəsində deyilənlərin birində- Yaqubun bir sıra yeyintiləri özünə haram etməsindən söhbət açılıb və Allah ona "İsrail" ləqəbini verib...

 

Çox güman ki, onun adını elə Yaqub peyğəmbərin şərəfinə qoyublar. Düşünüblər ki, böyüyəndə o da Yaqub peyğəmbər kimi bir sıra yeyintiləri özünə haram edər, amma o, halallıq simvolu olan bu ada xələl gətirdi...

 

Ölkə rəhbəri, cənab İlham Əliyev bütün sahələrdə islahat aparıb, gəncləri rəhbərliyə gətirsə də, bu islahat hələ ki, ona gəlib çata bilmir. Ötən əsrdən üzü bəri rayonumuzun yol istismar idarəsinə rəhbərlik edir. Bir vaxtlar deyirdilər ki, Ziya Məmmədovun adamıdır, ona heç kim toxuna bilməz. Ziya Məmmədov çoxdandır nəvələri ilə gün keçirir. Bəs, görəsən Yardımlı Yol İstismar MMC-nin rəisi Yaqub Əliyevə indi himayədarlıq edən adam kimdir?..

 

Sevindik Hətəmovun rayonumuza rəhbərlik etdiyi illərdə Masallı-Yardımlı yolu adama ABŞ-ın San Fransisko şəhərinin yollarını xatırladırdı. İndi o yol elə bir günə düşüb ki, Afrikanın ən geridə qalan ölkələrinin yollarına bənzəyir. Maraqlıdır, yəni həmin yolla hər dəfə Bakıya gəlib-gedən rayon rəhbəri bunlara fikir vermirmi? Niyə Yaqub Əliyevdən papağını qabağına qoyub, düşünməyi tələb etmir? Axı rayonda bu nöqsanları aradan qaldırmaq üçün asfalt zavod da var, yol istismar müəssisəsi də...

 

Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56 Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - FOTO 14 Aprel 2021, 18:49 Regionun inkişafı strateji prioritetdir 14 Aprel 2021, 18:42 Hesablama Palatası Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər 14 Aprel 2021, 18:35 Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs 14 Aprel 2021, 18:28