Arxiv
24 Yanvar 2020, 16:01 | ÖLKƏ
Şəkilləri lövhələrdən cırılan, üzünə bığ çəkilən namizədlər - FOTO

9 fevral növbədənkənar parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilən gündən eyni dairədən namizəd olanlar arasında narzılıqlar səngimək bilmir. Kimi bunu söz duelinə çevirib saytlardakı məqalələrə daşıyır, kimi də rəqibinin şəklini lövhələrdən sözün əsl mənasında qaşıyır.

 

Modern.az namizədlərin bununla bağlı sosial şəbəkə hesabı üzərindən etdikləri paylaşımları oxuculara təqdim edir:

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərli bildirib ki, seçki məntəqələrinin qarşısındakı yöndəmsiz lövhələrə ilk plakat yapışdıran onun komandası olduğu üçün şəkilləri ən yuxarıya vurublar:

 

“Buna baxmayaraq bəzi plakatları korlayıblar, özü də bunu uşaqlar etməyib, tək qələmlə yox, həm də alışqanla, boyu hündür adam edib. Amma qanmırlar ki, belə addımlar boş şeydi, hətta bilməyərəkdən kömək də ediblər: Ad-soyad yerində, görüntü isə əsl şəhər uşağı – AğaNatiq! Yasamal və Lökbatan əhlinin xoşuna gələcək”.

 

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd Ləman Ələşrəfqızı qeyd edib ki, mübarizədə də sivil, mərd olmağın tərəfindədir:

 

“Bura təhsil aldığım doğma məktəbimin həyətidir. Təşviqat lövhəsinə nəzər salın. Rəqibim mənə bu şəkildə mesaj verir. Guya sən hətta öz doğma kəndində belə ən aşağı səs toplayacaqsan. Şəkilimi aşağı endiriblər, digər namizədin plakatını da, hətta mənim şəklimin üstünə çıxarıblar. Seçki Məcəlləsində təşviqat vasitələrinin cırılması və s. müdaxilələr səhv etmirəmsə 600-800 manat cəriməni nəzərdə tutur. Başa düşürəm pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur. Bəyəm siz bunu görmürsüz? Mən təşviqatın ilkin mərhələsində belə, qalibəm. Cılız işlərlə məşğul olmayın, başqa cür fərqlənin”.

 

 

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova deyib ki, seçkiyə vətəndaşların namizədi olaraq gedir:

 

“Nə əyri yollarla milyonlar qazanmışam, nə də Həsən ağanın qohumuyam. Rayon ərazisində özünü prezidentin qohumunun adamı kimi təqdim edən, debata gəlməyə özündə güc tapmayan adam mənim seçki plakatımdan belə qorxur. Ayıbdır, bu hərəkəti etmək qorxudan başqa iş deyil. Müvafiq instansiyalara da müraciət edəcəm. Şəkillərimin qopardılması və vətəndaşlardan şəxsiyyət vəsiqələrinin yığılması saxtakarlığa kömək olmayacaq, əksinə mane olacaq. Deputat mandatını halal yolla qazanmaq lazımdır. Harama öyrəşənlər bunu bilməz!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45