Modern.az

Naftalanda turistlərin rahatlığı üçün daha bir yenilik - FOTOLAR

Naftalanda turistlərin rahatlığı üçün daha bir yenilik - FOTOLAR

Aktual

24 Yanvar 2020, 16:42

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə turistlərin rahatlığı üçün innovativ addım atılıb.

 

Modern.az xəbər verir ki, bu şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi daşıyır.

 

Naftalan - Goran dəmiryolu stansiyası - Naftalan istiqamətində müasir standartlara cavab verən Toyota markalı sərnişin daşıyan nəqliyyat vasitəsi artıq istifadəyə verilib.

 

 Turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına  uyğun olaraq həftənin hər günü həyata keçiriləcək və göstərilən xidmət ödənişsiz qaydada göstəriləcək.

 

O da bildirilir ki, gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa həmin marşurut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.

 

Bu marşurutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana  gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır.

 

 

Məlumat üçün bildirək ki, Naftalanın kurort şəhəri kimi keçmiş şöhrətini qaytarmaq və yeni məzmunda inkişaf etməyinin əsasını cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir.

 

Məhz həmin tapşırıqların icrasının nəticəsidir ki, Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Hazırda  şəhərdə geniş abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi  davam etdirilir.

 

2019-cu ildə  kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə  müqayisədə artaraq   40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi  xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

 

Görülən işlərlə yanaşı   turistlərin rahatlığını təmin etmək və onları narahat edə biləcək  problemlərin həlli  paralel aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı