Modern.az

Körpələri bir-birinə bağlayan tibb bacıları  CƏZALANDIRILDI

Körpələri bir-birinə bağlayan tibb bacıları  CƏZALANDIRILDI

24 Yanvar 2020, 16:51

Gəncədə 2 saylı Körpələr evi ilə bağlı bir sıra xoşagəlməz məlumatlar yayılıb. Məlumatlarda uşaq evində körpələrin iplə bir-birinə iplə bağlandığı idda edilib. Səbəb kimi isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırması göstərilib.

 

Səhiyyə Nazirliyi bəzi KİV yayımlanan, video ilə bağlı Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbəri Lətifə Kərimovanın adından açıqlama yayıb.

 

Modern.az-ın məlumatına görə, “Körpələr Evi”nin direktorunun açıqlamasında bildirilib ki, yayılan görüntülər ötən ilə aiddir:

 

“Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillər 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təstiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb”.

 

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirən direktor qeyd edib ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur:

 

“Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?