Arxiv
24 Yanvar 2020, 17:18 | AKTUAL
Nazirlikdən ölümcül virusla bağlı XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

 

Modern.az-ın xəbərinə görə, nazirliyin bununla bağlı açıqlamasında deyilir:

 

"2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

 

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:

 

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

 

1) kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

 

2) xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

 

3) canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

 

4) kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

 

5) yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

 

6) sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

 

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur".

 

Bundan başqa, Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

 

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

 

Tel: (+8610) 65 32 46 14

Faks: (+8610) 65 32 46 15

E-mail: [email protected]

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

Tel: +994 (12) 596 90 00

Faks: +994 (12) 596 90 01

E-mail: [email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu həkimlər vəzifədən kənarlaşdırılırlar - Agentlik sədrindən AÇIQLAMA 20 Fevral 2020, 12:14 300 könüllü DOST mərkəzlərinə cəlb edilib 20 Fevral 2020, 12:10 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub - ƏMR 20 Fevral 2020, 12:05 Təhsil Nazirliyindən müəllimin ittihamlarına CAVAB 20 Fevral 2020, 11:59 Bu gün Kiçik çillə çıxır - Gələn həftə Su çərşənbəsi qeyd olunacaq 20 Fevral 2020, 11:53 Azərbaycanda soyuq su ilə çimən gənc oğlan öldü 20 Fevral 2020, 11:52 Həkimlərin maaşına edilən əlavələr hesablanır - Zaur Əliyev 20 Fevral 2020, 11:48 Azərbaycan neftinin qiymətinə təsir edəcək GÖRÜŞ 20 Fevral 2020, 11:44 Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnoz qoya bilmir” 20 Fevral 2020, 11:38 Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev 20 Fevral 2020, 11:32 İcbari tibbi sığorta müsbət dəyişikliklərə səbəb olacaq - Agentlik sədri 20 Fevral 2020, 11:26 Ölüm hadisəsinə görə sürücüyə cinayət işi açıldı 20 Fevral 2020, 11:20 Azərbaycan Antiqua və Barbudaya yardım etdi 20 Fevral 2020, 11:14 Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK 20 Fevral 2020, 11:08 Almaniyada 9 nəfər güllələndi   20 Fevral 2020, 11:02 Vilayət Eyvazov Məhərrəmovu rəis müavini TƏYİN ETDİ 20 Fevral 2020, 10:56 Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı 20 Fevral 2020, 10:50 Bazar günü 15738 bakalavr imtahan verəcək  20 Fevral 2020, 10:44 Azərbaycan hərbçisinin nəşi neytral ərazidən götürülüb - FOTO 20 Fevral 2020, 10:38 Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ 20 Fevral 2020, 10:32 Paytaxt polisi 36 cinayətin üstünü açdı 20 Fevral 2020, 10:27 Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO 20 Fevral 2020, 10:22 Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi 20 Fevral 2020, 10:16 Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ 20 Fevral 2020, 10:10 Binəqədidə “Dövlət və Din” görüşü 20 Fevral 2020, 10:00 Daha bir marşrut xətti vahid kart sisteminə keçir 20 Fevral 2020, 09:55 Fransa polisi Elşad Abdullayevin işini araşdırır 20 Fevral 2020, 09:50 Jurnalistin döyülməsi ilə bağlı polisdən rəsmi AÇIQLAMA 20 Fevral 2020, 09:46 Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28 Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü 20 Fevral 2020, 09:22 Gəncənin Baş planı hazırlanır 20 Fevral 2020, 09:15 “Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB 20 Fevral 2020, 09:09 Arıqlamaq üçün ən effektiv ÜSULLAR 20 Fevral 2020, 09:03