Modern.az

İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı”

İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı”

Aktual

25 Yanvar 2020, 12:39

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım,Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu