Modern.az

Azərbaycanlı sənətkarın əsəri rekord nəticə göstərib

Azərbaycanlı sənətkarın əsəri rekord nəticə göstərib

İqtisadiyyat

2 Aprel 2012, 16:53

XX əsrin qabaqcıl novator ressamları Pikasso, Matiss, Dali kimi məşhurlarla adı eyni sırada çəkilən holland mənşəli Maurits Cornelis Escher (1898-1972) keçən əsrin 30-cu illərində avropalıları yaratdığı rəsmləri ilə heyrətləndirdi. Rəssamın vəfatından cox sonralar “Tessellation” adlandırılan bu yeni stil bəlkə də rəssamlığın ən çətin qoludur. Bu sözün dilimizdə dəqiq tərcüməsi olmasa da ən cox “mozaika” mənasına anlamına yaxındır. Türklərin gələnəksəl sənət prinsipləri ilə yaxindan bağlı olan bu sənət sahəsində dünyada çalışanların sayı günümüzdə təxminən 50 nəfərdir. Onların tam siyahısını Manchester Universitetinin professoru, memar Andrew Cromptonun və holland rəssamı Patrick Snelsin tərtib etdikləri saytlardan tapmaq mümkündür:
//www.cromp.com/legacy/people/TessHome.shtml
//www.tessellation.info/?open=general%2Fartistinfo.php&lang=english&style=layout&people_ID=1

Sevindirici haldır ki, adları bu siyahılarda keçən rəssamlardan ikisi Azərbaycan təmsilçiləri olaraq avtomobil mühəndisi Camal Camalov (Jamal Jamalov) və AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, kristalloqraf alim İmaməddin Əmiraslanov (İmameddin Amiraslan) qardaşlarıdır. Bu günlərdə internet məkanında rastladığımız bir statistik bilgi isə həqiqətən qürürvericidir. Belə ki, bu sahə üzrə çalışan dünya rəssamları arasinda internet səhifəsi ən çox və həm də böyük fərqlə izlənəni məhz Camal Camalova aid olanıdır: (//www.tessellation.info/?open=general%2Fartistvisits.php&lang=english&style=default)

Qeyd edək ki, İ. Əmiraslanov həm də rəssamlığın tamamilə yeni istigaməti olan “NanoArt” sahəsində də tanınmış insandır. Onun bu sahədəki işləri dəfələrlə Amerika və Avropanin müxtəlif şəhərlərində sərgilənib.

Azərbaycandan olan bu iki sənət inasnının işlərinə verilən yüksək dəyər nəticəsində Azərbaycanın adı birinci yerə qalxıb.

Fəlsəfə doktoru Yusif Alıyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!