Modern.az

Xəstəxanada 4 yaralı var - RƏSMİ

Xəstəxanada 4 yaralı var - RƏSMİ

26 Yanvar 2020, 13:36

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, yaralılar İsmayıllı rayon xəstəxanasına yerləşdirilib:

 

“Qəza zamanı xəsarət alan sərnişinlərə ambulator yardım göstərilib evə buraxılıblar. Hazırda xəstəxanada qalan 4 nəfər yaralı var. Onların vəziyyətləri də stabildir”.

 

Qeyd edək ki, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində  “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

 

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi