Arxiv
27 Yanvar 2020, 13:01 | AKTUAL
Könül Nurullayevanı daha da yaxından tanıyaq - FOTOLAR

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Könül Nurullayevanı yaxından tanıyaq!

 

Bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın müasir tarixində xüsusi yer tutacaq. Hər birimiz qarşıdakı seçkilərə həmişəkindən daha ciddi yanaşmalı və fəal iştirak etməliyik. Əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, ilk növbədə, düzgün seçim etməliyik.

 

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində ilk dəfə iştirak edən gənc nəslin nümayəndəsi Könül Nurullayevada məhz bu məqsədlə və bu istəklə seçkilərə qatılmaq qərarına gəlib. Gəlin, namizədimizi yaxından tanıyaq.

 

Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb və 2009-cuildə həmin ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantıdır. 2019-cu ilin sentyabrından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.

 

Deputatlığa namizəd2005-ci ildə  əsası qoyulanAzərbaycanın ən böyük gənclər təşkilatı sayılan"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü,  2008-ci ildə İRƏLİ İctimai Birliyinin yenidən formalaşması üzrə Təşkilat Komitəsinin sədri və yeni qurumun İdarə Heyətinin üzvü olub. Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olaraq aktiv şəkildə debatlarda iştirak edib.

 

2007-ci ildə Milli Olimpiya Komitəsinin əməkdaşı, 2009-cu ildə isə MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva həm də Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin İcraçı Direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazdırıb.

 

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış Olimpiadalarında nümayəndə heyətinin rəhbəri olaraq Azərbaycanla yanaşı, beynəlxalq Olimpiya hərəkatının tarixində də ən gənc xanım missiya rəhbəri kimi iz qoyub.

 

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

 

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım olub. O, elə həmin il 5 qitəni və özündə 206 Olimpiya Komitəsini birləşdirən Milli Olimpiya Komitələri Assosiasiyasına Avropa qitəsini təmsil etmək üçün seçilən ilk azərbaycanlı xanım funksionerdir.

 

Amma bu istiqamətdə fəaliyyətində başqa birinciliklər də var. 2013-cü ildə Könül xanım57 islam ölkələrinin birləşdiyi,Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə bu təşkilatın tarixindəseçilənilk xanım nümayəndədir.

 

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Həmin mötəbər komitənin katibi təyin edilməsiisə Könül Nurullayevanın bacarığının necə geniş və çoxşaxəli olmasının təsdiqi və göstəricisi idi. O, eyni zamandaİslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin”Milli Olimpiya Komitələri ilə Əlaqələr” departamentinə rəhbərlik edib.

 

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

 

Ailəlidir, 1 övladı var.

 

Könül Nurullayevanın parlament seçkilərində iştirak etməsi və millətin vəkili olmaq arzusu təsadüfi deyil. Ölkə üçün mühüm və bir sıra beynəlxalq təşkilatlarda müxtəlif layihələri uğurla icra edən Könül Nurullayeva doğma xalqına, bütün varlığı ilə bağlandığı, ürəkdən sevdiyi millətinə daha geniş müstəvidə kömək etmək istəyir. Bunu namizədin seçki platformasına nəzər yetirməklə başa düşmək olar. Bura əsasən daxildir:

 

  • Ərazi üzrə infrastukturun yaxşılaşdırılması işlərinin davam etdirilməsi, o cümlədən problemli sahələrə aidiyyati orqanlar tərəfindən diqqətin ayrılması;

-Əhalinin sosial-istisadi problemlərinin həlli istiqamətində dövlət strukturları və özəl sektorla birlikdə işləyərək müxtəlif tədbirərin, layihələrin həyata keçilirilməsi;

- Bakının əsas sənaye zonası hesab olunan Nizami rayonunun iqtisadi və sənaye potensialının artırılması;

- Nizami rayonunun ekoloji vəziyyətinin yaxşılaşdırılması;

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;

- İctimai və dövlət maraqlarının qorunması;

  • Seçicilərin müxtəlif xarakterli müraciətlərinin, problemlərinin daha rahat şəkildə, maneəsiz qeydiyyatı və həlli üçün şəraitin yaradılması;

İdman sahəsində böyük təcrübəyə malik Könül Nurullayeva uşaqlar üçün idman meydançalarının qurulmasını, əhalinin sağlam həyata önəm verməsi naminə müxtəlif tədbirlər keçirilməsini vacib sayır. Azərbaycan əhalisinin 60 faizini gənclərin təşkil etdiyini nəzərə alan namizədin seçki platformasında gənclər üçün sabit və perspektivli gələcək qurmaq istiqamətli müxtəlif layihələr də nəzərdə tutulub. Könül Nurullayeva parlamentə seçildikdə təqaüdçülərin, az təminatlı və sosial cəhətdən əziyyət çəkən ailələrin, müharibə veteranlarının, eləcə də fiziki qüsurlu vətandaşların həyatının asanlaşdırılması yönündə səylə çalışmaq arzusundadır.

 

Millət vəkili seçilərsə, Könül Nurullayeva ölkəmizin ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi haqda düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının ifşa edilməsini ən mühüm və ən ümdə vəzifələrindən biri hesab edir.

 

Gördüyü hər bir işə könül verən K.Nurullayeva Nizami rayonundan olan seçicilərinin, sosial mənsubiyyətindən asılı olmayaraq - istər müəllim olsun, istər həkim, yaxud sahibkar,dövlət qulluqçusu və ya idmançı - problemlərinin həlli üçün səylərini əsirgəməyəcəyini vəd edir. Bu siyahıda əlillər, şəhid ailələri, sosial təminatı aşağı olan ailələr xüsusi yer tutur.

 

Seçkilərdə bitərəf namizəd kimi iştirak edənKönül xanım xalqının layiqli övladlarından, ən ləyaqətli qızlarından biridir. Onun 9 fevral parlament seçkilərinə qatılmasında yalnız bir məqsədi var – bundan sonrada Azərbaycan xalqına vicdanla xidmət edib sözün əsl mənasında millətin vəkili olmaqdır.

 

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

 

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:03 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23