Modern.az

Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib

Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib

27 Yanvar 2020, 17:00

iyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.

 

Modern.az-ın məlumatına əsasən, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi.

 

MSK-nın keçən iclası zamanı komissiya sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb.

 

M.Pənahov bununla bağlı partiyaları diqqətli olmağa çağırıb: “Ona görə də məsələ ilə bağlı heç kəs bizdən inciməsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər