Modern.az

Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO

Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO

28 Yanvar 2020, 14:25

Bu gün Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə vahid namizədi Məlahət İbrahimqızının seçicilərlə növbəti görüşü keçirib.

 

Modern.az xəbər verir ki, öncə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı böyük islahatlardan və bu islahatların insanların rifahının güclənməsinə olan təsirindən, həmçinin icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərdən söz açaraq, bunun Parlamentimiz üçün də labüd olduğunu vurğulayıb.

 

Görüşdə iştirak edən Nəsimi rayonu sakinləri ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatları təqdir edərək, alqışladıqlarını və minnətdarlıqlarını bildiriblər.

 

Görüş daha çox müzakirələrlə keçib və hər bir seçici problem və təkliflərini deputatlığa namizəd ilə bölüşüblər.

 

Deputatlığa namizəd Məlahət İbrahimqızı müxtəlif sahələri və təbəqələri təmsil edən 200-dən çox seçicinin iştirak etdiyi bu görüş zamanı seçicilər tərəfindən qaldırılan problemləri, şikayət və təklifləri müzakirə etdikdən sonra və problemlərin həlli məqsədilə müvafiq icra strukturları qarşısında qaldıracağına söz verib.

Məlahət İbrahimqızı görüşün sonunda səsləndirilən aşağıdakı problemləri bir daha seçicilərin diqqətinə çatdırıb:

 

Müraciətlər:

 

1.Təhsil işçilərinin İPOTEKA ilə mənzil alma şərtlərinin sadələşdirilməsi

2. Yeni tikililərin-pilot layihələrinin işinə dövlət nəzarətinin artırılması və tikinti müddətində müntəzəm monitorinqlərin keçirilməsi

 

Görüşün sonunda  seçici Mais Məmmədov deputatlığa namizəd Məlahət İbrahimqızına bütün görüşlərdə qaldırılan problemləri təhlil etdiyinə, onların həlli ilə bağlı operativ həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırdığına və nəticələri ilə bağlı yenidən seçicilərə bildirdiyinə görə təşəkkür edib. 

 

Görüşün yekununda Yeni Azərbaycan Partiyasının vahid namizədi Məlahət İbrahimqızı Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!