Modern.az

Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar

Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar

Aktual

28 Yanvar 2020, 15:10

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  bu gün seçkiqabağı təşviqatını Daşkəsən rayonunda davam etdirib, Quşçu qəsəbəsində olub. Seçicilərlə görüşüb, seçki platformasını onların diqqətinə çatdırıb, kəndi gəzib. Həmçinin Kamran Bayramov qapı-qapı ziyarətləri də davam etdirib.

 

Deputatlığa namizəd Kamran Bayramov təşviqat çərçivəsində növbəti görüşünü Daşkəsənin ən ucqar yaşayış məntəqələrindən biri olan səfalı Çovdar kəndində keçirib. Kənddə cəmi 57 seçicinin olmasına baxmayaraq, kəndə gəlib, insanları dinləyib, təşviqatını aparıb. Daha sonra Kamran Bayramov   seçkilərdə hər bir səsin  əhəmiyyətli və həlledici olduğunu xüsusi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir