Modern.az

ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir

ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir

28 Yanvar 2020, 22:12

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla mübarizə üçün yaxın zamanda Çinə ekspertlər göndərəcək.

Modern.az  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir.


Bildirilir ki, ekspertlər çinli alimlərə yeni növ koronavirusu öyrənməkdə və ona qarşı mübarizə tədbirləri hazırlamaqda kömək edəcəklər.



Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. Onlardan 106 nəfəri ölüb, 60 nəfəri isə sağalıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi