Modern.az

Məşhur Məmmədovun seçiciləri ilə izdihamlı görüşləri - Fotolar

Məşhur Məmmədovun seçiciləri ilə izdihamlı görüşləri - Fotolar

Aktual

29 Yanvar 2020, 14:22

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki,  növbəti görüş  rayonun Çaxırlı kəndində keçirilib.

 

Məşhur Məmmədov görüşdə seçki platformasını açıqlayıb, millət vəkili kimi görəcəyi işlərdən danışıb, seçicilərin problemləri ilə maraqlanıb.

 

Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran deputatlığa namizəd Məşhur Məmmədov qaldırılan məsələlərin həllini diqqətdə saxlayacağını bildirib.

 

Görüşdə çıxış edən Səfalı Paşayev, Mirqiyas Təhməzov, Həsrət Kərimov, Vaqif Əhmədov və başqaları Məşhur Məmmədovun camaatına, xalqına, Vətəninə sadiq insan olduğunu qeyd edib, təmsil etdiyi dairəni Milli Məclisdə layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

 

VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə daha bir görüşü rayonun Kəlbəhüseynli kəndində keçirilib.

 

Görüşdə çıxış edən  Səfalı Paşayev, Rəzzaq Paşayev, Şəkur Bağırov, Səadət Paşayev və başqaları Məşhur Məmmədovun keçdiyi həyat yolu, iş fəaliyyətindən söz açıb, onun təcrübəli, peşəkar kadr olduğunu, həmyerlilərinin qayğıları və problemlərini daim diqqətdə saxladığını vurğulayıblar. Məşhur Məmmədovun millət vəkilliyinə layiqli namizəd olduğunu qeyd edən natiqlər onun seçkilərdə qələbə qazanacağına əminliklərini bildiriblər.

 

Görüşdə çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov təmsil etdiyi bölgənin insanlarını yaxından tanıdığını, onların istəklərinə, problemlərinə yaxşı bələd olduğunu qeyd edərək, hər bir seçicisinin qayğısını öz qayğısı kimi qəbul etdiyini deyib.

 

Ölkədə gedən islahatlardan söz açan Məşhur Məmmədov bu islahatların bir parçası olan növbədənkənar parlament seçkilərində iştirak etməkdə məqsədinin təmsil etdiyi rayonun insanlarının səsini yüksək tribunada səsləndirmək, onları Milli Məclisdə layiqincə təmsil etmək olduğunu söyləyib.

 

Sonda seçicilərinin suallarını cavablandıran Məşhur Məmmədov Milli Məclisdə onların səsi olacağını bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır