Modern.az

Məzahir Pənahov: “300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb”

Məzahir Pənahov: “300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb”

29 Yanvar 2020, 16:40

Azərbaycanda fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində 1345 namizəd mübarizə aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Qeyd edilib ki, seçkilərdə hazırda qeydiyyata alınmış 1345 namizəd mübarizə aparır. Artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumilikdə parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdi. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

 

MSK sədri Məzahir Pənahov əlavə edib ki, namizədlərin 23 faizini qadınlar, 77 faizini isə kişilər təşkil edir:

“300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?